...

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir - Çexiya XİN-in başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2008 11:52 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir - Çexiya XİN-in başçısı

Azərbaycan, Bakı, 04 iyul/ Trend , müxbir S.Ağayeva/ Çexiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı aydın mövqe tutur.

"Çexiyanın bu münaqişə üzrə mövqeyi belədir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir", - çümə günü Bakıda Çexiyanın xarici işlər naziri Karel Şvarsenberq deyib. "Bu poblem beynəlxalq miqyaslı olmaqla təkcə Azərbaycana aid deyil", - nazir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə başlayıb. Ermənistan Azərbaycanın 20% ərazisini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. 1991-ci ilin dekabrnadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna edilməklə) Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və  Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayon işğal edilib. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək sülh danışıqları aparırlar.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir

Xəbər lenti

Xəbər lenti