Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 13-də saat 22.50-dən 23.05-dək və avqustun 14-də saat 02.20-dən 02.35-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.10-dan 02.25-dək və 05.00-dan 05.30-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.15-dən 02.43-dək Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.00-dan 05.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə
tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.