...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Avqust 2008 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 27-də saat 01.30-dan 01.55-dək Ermənistan Respublikası Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam kəndi ərazisində yerləşən mövqelərini, avqustun 26-da saat 21.45-dən 22.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 27-də saat 01.20-dən 02.05-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti