"Qafqazda çoxlu kəsişən maraqlar var, lakin son hadisələr əksər regional münaqişələrin yaranmasına səbəb olub", - İranın xarici işlər naziri Mənuçöhr Möttəki Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Tehranda birgə mətbuat konfransının gedişində deyib.
Möttəki qeyd edib ki,
İran Qafqaz regionunun qonşusu olmaqla,
əməkdaşlığın yaradılması
məqsədilə region ölkələri arasında
məsləhətləşmələr aparmağı
təklif edib. Onun sözlərinə görə,
Nalbandyanın Tehrana səfəri İranın təklifi
üzrə danışıqların
mərhələlərindən birini başa
çatdırmağa çox gözəl imkandır.
İranlı nazir vurğulayıb ki, Ermənistan və
İran regional problemlər üzrə ümumi maraqları
bölüşür və analoji mövqe tuturlar.
Möttəki onu da vurğulayıb ki, İran Dağlıq Qarabağ münaqişəsinin həllində
Yerevan və Bakı arasında vasitəçi olmağa
hazırdır.
Ermənistanın Xarici Işlər Nazirliyinin rəhbəri
Nalbandyan öz növbəsində bildirib ki, Ermənistan
və İran Gürcüstandakı son hadisələr
üzrə vahid mövqedən çıxış
edirlər. O daha sonra qeyd edib ki, İranın çox
maraqlı fikir və təklifləri var. Yerevan, öz
növbəsində, Tehranla regionda təhlükəsizlik
və stabilliyin bərqərar edilməsi üzrə dialoqu
davam etdirəcək, - İranın PRESS TV agentliyi
xəbər verib.