...

AŞPA Azərbaycan və Ermənistanı münaqişənin həlli istiqamətində yeni addım atmaları münasibətilə təbrik edir - prezident

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir R.Novruzov/ AŞPA - nın prezidenti Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli istiqamətində yeni addım atmaları münasibətilə təbrik edib.

Noyabrın 2 - də Moskvada şəhərətrafı "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedyev arasında keçirilən görüşün yekunu üzrə Bəyannamə imzalanıb.

"Bu dialoqun başlaması sabitlik baxımından bütün region üçün yeni ümiddir", - AŞPA-nın prezidenti Luis Mariya de Puiqin press - relizində bildirilir.

De Puiqinin sözlərinə görə, AŞPA Azərbaycan və Ermənistana münaqişənin dinc yolla həlinin axtarışında göstərdikləri səylərdə yardım göstərməyə həmişə hazırdır. "Dağlıq Qarabağ münaqişəsinin həlli heç zaman olmadığı kimi yaxındır", - o bildirib. Bu addımdan sonra daha intensiv diplomatik danışıqlar aparılacaq, Azərbaycan və Ermənistan arasında etibar artacaq, - de Puiq qeyd edir. "Biz bu münaqişənin dinc yolla həlli üzərində çox uzun zaman işləmişik və əminəm ki, onun həlli artıq yaxındadır", - o bildirib.

AŞPA son 15 il ərzində - Azərbaycan və Ermənistanın Avropa Şurasına daxil olduğu vaxtdan beynəlxalq prinsipləri əldə rəhbər tutaraq, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzərində işləyir.

"Rusiya, Ermənistan və Azərbaycan prezidentləri konstruktivlik atmosferasında Dağlıq Qarabağ münaqişəsinin siyasi vasitələrlə, ATƏT-in Minsk Qrupunun həmsədləri qismində Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yoluyla nizamlanmasının vəziyyət və perspektivlərini əyani və dolğun müzakirə edərək bəyan edirlər ki, münaqişənin siyasi yola nizamlanması ilə Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılması və regionda sabitlik, təhlükəsizilik şəraitin bərqərar olunmasının təmin edilməsinə yardım edəcəklər", - üçtərəfli görüşün yekunları üzrə imzalanmış bəyannamədə bildirilir.

Bəyannamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlərin əsasında nizamlanmasını nəzərdə tutur ki, bu da regionda inkişaf və hərtərəfli inkişaf üçün əlverişli şərait yaradacaq.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və XOcalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti