...

ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Vyanada görüşəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir N.Abdullayeva/ ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü sabah Vyanada baş tutacaq.

Görüşdən sonra həmsədrlər birgə mətbuat konfransı keçirəcəklər, - ATƏT-in məlumatında bildirilir.

Noyabrın 2 - də Moskvada şəhərətrafı "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedyev arasında keçirilən görüşün yekunu üzrə Bəyannamə imzalanıb.

Rusiya, Ermənistan və Azərbaycanın liderləri Qafqazda vəziyyətin sağlamlaşdırılması üzərində birgə işləmək barədə razılığa gəlib, həmçinin, xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işləri davam etdirməyi tapşırıblar.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 -ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 -1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ -ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti