...

Dağlıq Qarabağ münaqişəsinin həlli sıx və daimi beynəlxalq əməkdaşlıq tələb edir – Estoniya prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Yanvar 2009 14:57 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli sıx və daimi beynəlxalq əməkdaşlıq tələb edir – Estoniya prezidenti

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir E.Tariverdiyeva/ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli sıx və daimi beynəlxalq əməkdaşlıq, eləcə də bütün maraqlı tərəflərin dözümünü və kompromislər tapmaq bacarığını tələb edir, - Estoniya prezidenti Toomas Hendrik İlves yanvarın 12-də Azərbaycana gözlənilən səfəri ərəfəsində Trend -a müsahibəsində bildirib.
 

"Estoniya və Azərbaycan başa düşürlər ki, bu növ münaqişələr bütün regionun təhlükəsizlik və sabitliyi üçün təhdiddir. Estoniya tam əmindir ki, bu növ münaqişələrin həlli gələcəyə istiqamətlənib və müəyyən vaxt aparacaq. Həll, hərbi əməliyyatların köməyi ilə deyil, diplomatlar və siyasətçilər tərəfindən danışıqlar yolu ilə tapılmalıdır və səmimi qəlbdən şadam ki, Azərbaycanın hazırki administrasiyası da bu fikrə tərəfdardır", - prezident deyib.


İlvesin sözlərinə görə, Estoniya ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransanın fəaliyyətini dəstəkləyir, Azərbaycan və Ermənistan prezidentlərinin 2008-ci il noyabrın 2-də imzaladıqları münaqişənin dinc yolla nizamlanmasına dair bəyannaməni alqışlayır.
 

"Estoniya Aİ vasitəsilə bu məsələdə öz fəallığını göstərir, mehriban qonşuluq siyasəti planı isə məhz Azərbaycan və Ermənistanın bu münaqişənin həllinə yardım edəcəklərini nəzərdə tutur", - prezident deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti