...

Azərbaycan və Ermənistan üçün maraq doğuran məsələlərin müzakirəsinə başlanılıb – ATƏT-in Minsk qrupunun həmsədri (Video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2009 22:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbiri E.Rüstəmov / Həmsədrlərə öz fikirlərini bildirmək üçün təklif olunan məsələlərin müzakirəsinə başlanılıb. Bu məsələlər Azərbaycan və Ermənistan üçün maraq doğurur. Bu haqda cümə günü Bakı hava limanında jurnalistlərə ATƏT-in Minsk qrupunun həmsədri Yuri Merzlyakov məlumat verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Bir qədər öncə Metyu Brayzanın Trend -a bildirdiyinə görə, Minsk qrupu həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Farsye (Fransa) və Yuri Merzlyakov (Rusiya) Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  mövcud olan fikir ayrılıqlarını aradan qaldırmaq məqsədi ilə bu gün Bakıda təkliflərini irəli sürüblər.

Diplomatları Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib.

Bakıdan Xankəndinə gedən həmsədrlər sonra Yerevanda danışıqlar aparacaqlar.

"Biz Yerevana qayıdanda vəziyyət daha aydın olacaq", - deyə Merzlyakov bildirib.

Bernar Fasye isə bildirib ki, Yerevanda həmsədrlər bazar ertəsi günü prezident Sarkisyan və XİN başçısı Nalbandyanla görüşməyi planlaşdırırlar. "Güman ki, biz bura çərşənbə axşamı qayıdacağıq ki, Bakıda xarici işlər naziri və prezidentlə görüşək" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti