...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2009 09:51 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 27-də saat 10.10-dan 10.20-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonu Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;
- saat 18.40-dan 18.50-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Devex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun ərasizindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 20.05-dən 20.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu haqda xəbəri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti