...

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları AŞPA-da müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2009 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir E.Rüstəmov /

AŞPA-nın münaqişələrin qarşısının alınması üzrə alt komitəsinin əməkdaşı Metyu Volşun Trend -a elektron poçt vasitəsilə bildirdiyinə görə, Dağlıq Qarabağ münaqişəsi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Avropada münaqişələrin qarşısının alınması üzrə alt komitəsinin yayda düzənləyəcəyi konfransda müzakirə ediləcək.

AŞPA-nın Avropada münaqişələrin qarşısının alınması üzrə alt komitəsi 2008-ci il 17 noyabrda AŞ PA-nın Siyasi məsələlər üzrə iclasında yaradılıb. Alt komitə Avropada mövcud olan münaqişə ocaqları ilə bağlı təhlillərin aparılması və AŞ PA Bürosuna konkret təkliflərin verilməsi məqsədilə yaradılıb.

"Payıza qədər baş tutacaq konfransda Dağlıq Qarabağ problemi daxil olmaqla hazırda mövcud olan və dondurulmuş münaqişələr müzakirə olunacaq", - Volş deyib.

Müsahibin sözlərinə görə, konfransa Azərbaycan və Ermənistan nümayəndə heyətləri daxil olmaqla AŞ PA-nın bütün üzvləri dəvət olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti