...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2009 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 3-də saat 20.05-dən 20.30-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəklikləri və Koxanəbi kəndi ərazisindəki mövqelərini; saat 22.45-dən 22.55-dək Ermənistan Respublikası İcevan rayonu Azatamud kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi ərazisindəki mövqelərini; saat 23.40-dan 23.48-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan 23.48-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti