...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2009 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 8-də saat 14.55-dən 15.05-dək Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 11.40-dan 11.45-dək və 16.05-dən 16.10-dək Xocavənd rayonunun   ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.35-dən aprelin 9-na keçən gecə saat 00.05-dək Füzuli rayonunun   ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.40-dan 01.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti