Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu "mizrab" ola bilər – ekspertlər

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu "mizrab" ola bilər – ekspertlər

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir E.Tariverdiyeva /

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini gücləndirərək tərəflərin danışıqlarında irəliləyişə nail olmaq üçün uğurlu "mizrab" ola bilər.

"Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin açarıdır, - Cənubi Qafqaz üzrə avropalı ekspert Amanda Akçakoça hesab edir. - Rusiya Ermənistana lazımi təzyiqi göstərsə, biz indikindən daha yaxşı nəticə görərdik".

Aprelin 16-17-də Rusiyaya işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedyevlə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib. Danışıqlardan sonra İlham Əliyev Rusiyaya Dağlıq Qarabağ probleminin həlli məsələsindəki səylərinə görə təşəkkür edib.

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda maksimal irəliləyişə nail olmaq istəyir", - jurnalistlərə Medvedyev Azərbaycan Prezidenti ilə görüşdən sonra deyib.

"Ermənistan Prezidenti Serj Sarkisyan da aprelin 23-də Rusiyaya işgüzar səfər edəcək", - Kremlin mətbuat xidməti məlumat verir. Səfər Rusiya Prezidenti Medvedyevin dəvəti ilə baş tutacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 

Rəsmi Bakı Moskvanın Dağlıq Qarabağ probleminin həlli məsələsindəki səylərini yüksək qiymətləndirir.

"Azərbaycan Prezidentinin Rusiyaya səfəri, aparılan uğurlu danışıqlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxtərəfli müzakirələr bizə imkan verir ki, münaqişənin həllinə nikbin yanaşaq", - bazar ertəsi Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Trend -a deyib.

Onun fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tarixi missiyanı yerinə yetirə bilər. "Azərbaycan və Rusiyanın çoxtərəfli əlaqələrinin xarakteri, Rusiyanın Minsk qrupunun həmsədri olması çox böyük təsirdir və Rusiyanın Ermənistanın müttəfiqi olaraq Yerevana təzyiq etmək imkanları, regionda sülhün bərpa olunmasının vacibliyi Rusiyanın tarixi missiyanı yerinə yetirməsi üçün zəmin yaradır", - Məmmədov qeyd edib.

Müşahidəçilərin fikrincə, Moskvanın problemin həllində iştirak etmək istəyi münaqişənin həlli məsələsində irəliləyiş yarada biləcək müsbət trenddir.

Akçakoçanın fikrincə, Moskvanın səyləri münaqişənin həlli prosesini sürətləndirə bilər. Onun sözlərinə görə, Rusiya ciddi olduğunu, regionda etibarlı tərəfdaş olduğunu nümayiş etdirir və münaqişənin həlli yollarını tapmağa çalışır. "Deyərdim ki, Moskva Cənubi Qafqazda öz təhlükəsizlik maraqlarını nəzərə alacaq", -  Avropa siyasət mərkəzinin eksperti Akçakoça Trend -a bildirib.

"Bundan belə Moskva Qarabağ münaqişəsinin həllində maraqlı tərəfdir", - azərbaycanlı ekspert Tofiq Abasov hesab edir.

Abbasovun fikrincə, bir vaxtlar Kreml qaynar münaqişələr hesabına regionda nəzarəti əlində saxlamaq istəyirdi. "Bu siyasət özünü doğrultmadı və Moskva müttəfiqi olan Ermənistanı blokadaya məhkum etdi", - Lider Media-Holdinq analitik qrupunun eksperti Abbasov Trend -a bildirib.

Rusiyalı politoloq Azər Mürsəliyevin fikrincə, bu səfər və onun gedişində əldə olunmuş razılıqlar şübhəsiz ki, danışıqlar prosesinə mane olmayacaq. "Nəzəri cəhətdən münaqişənin həlli yolunda bəzi irəliləyiş mümkündür", - Trend -a Moskvadan telefonla Rusiyanın "Kommersant" qəzetinin baş redaktoru deyib.

Analitiklərin fikrincə, Moskvanın fəallığı Kremlin regionda əsas oyunçuya çevrilmək istəyindən irəli gəlir.

"Moskva Dağlıq Qarabağ probleminin həlli məsələsində əsas oyunçuya çevrilməyə səy göstərir", - Akçakoça hesab edir.

Abbasovun fikrincə, münaqişəyə cəlb olunmuş iki Cənubi Qafqaz ölkələri ilə Moskva arasında danışıqlar prosesindəki fəallıq Rusiyanın ciddi şəkildə özünə vacib regionda yeni geosiyasi konfiqurasiyanın formalaşdırılması barədə düşündüyündən xəbər verir.

"Rusiya diplomatiyası başa düşdü ki, Dağlıq Qarabağ münaqişəsinin durğunluğundan müsbət heç bir şey əldə edə bilməyəcək", - Abbasov qeyd edib.

Ekspertin fikrincə, münaqişəni blokadadan çıxarmaq lazımdır ki, Rusiya Azərbaycan və Ermənistanın iştirak etdiyi bir vaxtlar dondurulmuş və sərfəli iqtisadi vasitələr işə düşsün. 

Onun sözlərinə görə, Ermənistan Rusiya üçün az səmərəlidir. Azərbaycan isə Moskva üçün nəinki cəlbedicidir, hətta perspektivlidir. "Azərbaycanın enerji, nəqliyyat və digər sahələrdəki imkanları Moskvaya iqtisadi və geosiyasi qazanc vəd edir", - Abbasov deyib.

Lakin rusiyalı politoloqun fikrincə, istənilən halda Rusiya münaqişəni tək həll edə bilməyəcək.

"Dağlıq Qarabağ probleminin həlli məsələsində nikbin olmaq lazımdır, çünki bu gün heç bir dövlət, regionunda nə qədər qüdrətli olsa belə, müstəqil şəkildə, təkbaşına bu problemi həll edib ona təminat verməyə qadir deyil", - Mürsəliyev deyib.

Onun fikrincə, sülhməramlılıq - müasir dünyada rəqabət üstünlüklərini almaq yollarından biridir.

"Rusiya ABŞ-la razılığa gələ bilməyərək, sülh prosesini sürətləndirməyə çalışsa, istisna deyil ki, danışıq prosesinin qərb iştirakçıları tərəfindən hansısa problemlər üzə çıxa bilər", - Mürsəliyev bildirib.

Materialın hazırlanmasında iştirak edib Y. Ostapenko

Məqalə müəllifi ilə əlaqə ünvanı:

[email protected]

Beynəlxalq incəsənət festivalının rəssamları işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətirib (FOTO)
Beynəlxalq incəsənət festivalının rəssamları işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətirib (FOTO)
TRT Qarabağla bağlı sənədli film hazırlayır
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)
Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)
Loading Bars
Xəbər lenti
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq
Yaponiyada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş veriliş yayımlanıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 2 142 nəfər yoluxub
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular (VİDEO)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər (FOTO)
Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov
Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycana köç edən nadir çöl quşlarının ovu qadağan edilir - ETSN
Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)
Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib - İqor Korotçenko
DSX-nin bütün hərbi hissə və bölmələrində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb (FOTO)
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin yeni ofisinin açılışı olub (FOTO)
Azərbaycanda 400-dən çox quş növü müəyyənləşib - Nazirlik
İki nəfəri tüfənglə yaralayan Şəmkir sakini saxlanılıb
Küveytin iri neft yatağında yanğın olub - Xəsarət alanlar var
Heydər Əliyevin Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir - Natiq Rəsulzadə
Kəndlərin minalardan təmizlənməsinə Ağdamdan başlanılacaq - İcra başçısı (VİDEO)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (YENİLƏNİB) (FOTO/VİDEO)
Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 75 mini keçib
Səbaildə keçirilən ağacəkmə aksiyasında 300-dən çox ağac və gül kolları əkilib (FOTO)
“Azərsun Holdinq” Ulu Öndərin məzarını ziyarət edib (FOTO)
Qaradağda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbir keçirilib (FOTO)
Bütün xəbərlər