...

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin görüşünü razılaşdırıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2009 11:39 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin görüşünü razılaşdırıblar

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir Y.Ostapenko /

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfərinin nəticəsi mayın 7-də Praqada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi barədə razılıq olub. Bu barədə şənbə günü jurnalistlərə Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

Merzlyakov Bakıdan Yerevana səfər öncəsi bildirib ki, görüş hələ də razılaşdırılmamış məsələlərin müzakirəsinə həsr olunacaq.

Mayın əvvəlində Praqada Avropa İttifaqı tərəfdaşları və ölkələri rəhbərlərinin sammiti keçiriləcək. Sammit zamanı Azərbaycan və Ermənistan liderlərinin görüşü də keçirilə və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə oluna bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya növbəti səfərləri zamanı Azərbaycan Prezidenti və xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.

"Bu məhsuldar görüş oldu, hesab edirəm ki, bu gün irəliləyiş əldə etdik və biz prezidentlərin mayın 7-də Praqada görüşünün baş tutacağını gözləyirik", - deyə Trend -a Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirmişdi.

Həmsədrlər bu gün Bakıdan Yerevana, oradan isə vertolyotla Xankəndinə uçacaqlar. Bazar ertəsi Qarabağdan Yerevana qayıtdıqdan sonra onların Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşü planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti