Azərbaycan, Bakı, 04 may / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayon (paytaxt Bakıdan 420 kilometr məsafədə) sakini yaralanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, hadisə mayın 2-də saat 17.00 radələrində baş verib. Ermənilər tərəfindən açılmış atəş nəticəsində Tovuz rayonunun Qışlaq kənd sakini Ruhiyyə Əliyeva ayaq nahiyəsindən xəsarət alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]