...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2009 09:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müx. A.Axundov /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 9-da saat 06.10-dan 06.15-dək Xocavənd rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

Itki yoxdur.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti