...

Moskva görüşü Qarabağ münaqişəsinın nizamlanmasında irəliləyişlərin mümkün olub-olmadığını nümayiş etdirəcək - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2009 13:15 (UTC +04:00)
Moskva görüşü Qarabağ münaqişəsinın nizamlanmasında irəliləyişlərin mümkün olub-olmadığını nümayiş etdirəcək - XİN

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir U.İsmayılova /

Moskva görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişlərin mümkün olub-olmadığını nümayiş etdirəcək, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Bu gün Bakıda Yerevanda səfərdə olmuş ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçiriləcək. Biz onlarla söhbət aparacağıq və hansı mesajla gəldiklərinə baxacağıq", - deyə nazir bildirib.

Azərbaycan və Ermənistan prezidentləri iyulun ortalarında Moskvada RF Prezidentinin mükafatı uğrunda at yarışları çərçivəsində görüşməyi planlaşdırırlar. Prezidentlərin görüşünün hazırlanması məsələsi bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müzakirə olunur. Dünən onlar Yerevanda danışıqlar aparıblar, bu gün isə Bakıya səfər edəcəklər.

"Dağlıq Qarabağın statusunun müəyyən edilməsi çox vacib və ciddi məsələdir. Qarabağ Azərbaycanın bir hissəsidir, onun hüquqi statusunu Azərbaycan müəyyən etməlidir. Azərbaycanın bir hissəsinin statussuz qalması normal deyil", - deyə xarici işlər naziri bildirib.

Onun sözlərinə əsasən, məcburi köçkünlər Qarabağa qayıtmalıdırlar, əks təqdirdə, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi çətin olacaq. "Bu, Ermənistan tərəfi ilə aparılan danışıqların bir hissəsidir", - deyə o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti