Azərbaycan, Bakı, 10 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 9-da saat 15.10-dan 15.20-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.