...

Dağlıq Qarabağ Ankara-Yerevan protokoluna daxil edilməlidir - Türkiyə müxalifətinin lideri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2009 14:20 (UTC +04:00)
Türkiyə müxalifətinin lideri Dəniz Baykal Türkiyə ilə Ermənistan arasında avqust ayında imzalanan protokola dağılıq Qarabağ məsləsinin daxil olunmasını tələb edib.
Dağlıq Qarabağ Ankara-Yerevan protokoluna daxil edilməlidir - Türkiyə müxalifətinin lideri

Türkiyə müxalifətinin lideri Dəniz Baykal Türkiyə ilə Ermənistan arasında avqust ayında imzalanan protokola dağılıq Qarabağ məsləsinin daxil olunmasını tələb edib. Bu haqdaTürkiyənin CNN TÜRK telekanalı məlumat verib.

"Dağlıq Qarabağ məsələsi Türkiyə-Ermənistan protokoluna daxil edilməlidir", - deyə Baykal dildirib.

Trend -un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanılması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir."Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyənin xarici işlər naziri Davudoğlu Ankara və Yerevan arasında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun müzakirəsi üçün Türkiyə Böyük Millət Məclisində (TBMM) görüş istəyib. Davudoğlunun Ankara-Yerevan protokolunu müzakirə etmək üçün ölkədəki siyasi partiya liderləri ilə görüşəcəyi bildirilir.

Müxalifət lideri ilə xarici işlər naziri arasında Ermənistanla imzalanan protokolun müzakirəsi üçün görüşün sentyabrın 15-də olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti