...

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri oktyabrın 1-də regiona səfərə başlayırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2009 14:47 (UTC +04:00)
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri oktyabrın 1-də Yerevana səfər edəcəklər, bu barədə jurnalistlərə Ermənistanın Tavuşsk vilayətində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Ancey Kasprşik bildirib, Ermənistan Xəbərləri Agentliyi xəbər verib.
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri oktyabrın 1-də regiona səfərə başlayırlar

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri oktyabrın 1-də Yerevana səfər edəcəklər, bu barədə jurnalistlərə Ermənistanın Tavuşsk vilayətində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Ancey Kasprşik bildirib, Ermənistan Xəbərləri Agentliyi xəbər verib.

Kasprşik çərşənbə axşamı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinqdə iştirak edib.

Onun sözlərinə əsasən, həmsədrlər Xankəndi və Bakıda olacaqlar.

Kasprşik qeyd edib ki, həmsədrlərin səfərinin məqsədi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün hazırlanmasıdır.

Diplomat həmçinin bildirib ki, aparılan danışıqlar sakitliyə ehtiyac duyur və təmas xəttində hər bir atəş, atışma, xüsusən də hər hansı bir itki danışıq atmosferinə təsir edə bilər.

"Düşünürəm ki, hətta qarşı tərəfdən hər hansı bir təxribat xarakterli hərəkət olarsa belə, yuxarılar atışmadan, cavab atəşi açmaqdan uzaq olmaq barədə göstəriş verib", - Kasprşik bildirib. O, həmçinin əlavə edib ki, danışıqların intensivləşdirilməsi təmas xəttindəki vəziyyətin sakitləşməsinə müsbət təsir edə bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti