...

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2009 14:43 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 12-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend News-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT-in qoşunların təmas xəttində  keçirdiyi monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bərdə,  12 oktyabr / Trend , müxbir Ş.Cəliloğlu/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 12-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik və onun səhra köməkçisi İrci Aberle və Piter Ki keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik-leytenant İmre Palatinus, Caslan Nurtazin və Vladimir Çontulov keçiriblər.

Xəbər lenti

Xəbər lenti