...

Azərbaycan-Türkiyə əlaqələrinə xələl yetirmək istəyən qüvvələrə imkan verilməyəcək - Azərbaycan Parlamentinin komitə sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2009 17:32 (UTC +04:00)
Azərbaycan-Türkiyə əlaqələrinə xələl yetirmək istəyən qüvvələrə imkan verilməyəcək, çərşənbə günü Ankarada jurnalistlərə açıqlamasında Azərbaycan Parıamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti Səməd Seyidov bildirib, CNN-Türk kanalı canlı yayımlayıb.
Azərbaycan-Türkiyə əlaqələrinə xələl yetirmək istəyən qüvvələrə imkan verilməyəcək - Azərbaycan Parlamentinin komitə sədri

Azərbaycan, Bakı, 14 oktyabr / Trend /

Azərbaycan-Türkiyə əlaqələrinə xələl yetirmək istəyən qüvvələrə imkan verilməyəcək, çərşənbə günü Ankarada jurnalistlərə açıqlamasında Azərbaycan Parıamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti Səməd Seyidov bildirib, CNN-Türk kanalı canlı yayımlayıb.

"Azərbaycanın qəlbində Türkiyəyə və türk xalqına sevgi var və eyni zamanda Türkiyədə qəlblərdə Azərbaycan və Dağlıq Qarabağ sevgisi var", - azərbaycanlı deputatların Turkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoganla görüşdən sonra Seyidov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələri "bir millət iki dövlət" prinsipləri üzrə inkişaf edir. "Azərbaycan problemlərin fonunda Türkiyənin yüksək siyasət yürüdəcəyinə əmindir", - AŞ PA-nın vitse-prezidenti vurğulayıb.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Azərbaycan Milli Məclisinin üzvlərindən - Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev, Rövşən Rzayev və Fəzail Ağamalı mövcud vəziyyəti daha dərindən öyrənmək məqsədilə Ankarada bir sıra görüşlər keçirəcək.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti