Ermənistan xarici işlər nazirinin müavini Arman Kirakosyan Bakıda Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv dövlətlərin xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək Ermənistan nümayəndə heyətinə başçılıq edəcək.
Bu gün Mediamaks-a Ermənistanın xarici siyasət idarəsinin mətbuat xidmətindən bildirildiyi kimi, iclas oktyabrın 22-də Azərbaycanın paytaxtında keçiriləcək.