...

Azərbaycanlı deputatların Dağlıq Qarabağa səfəri planlaşdırılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2009 17:48 (UTC +04:00)
"Azərbaycan, Ermənistan və Rusiyadan olan deputatların Moskva görüşündə azərbaycanlı deputatların Dağlıq Qarabağa səfəri müzakirə ediləcək", - Trend News-un məlumatına görə, bu barədə jurnalistlərə görüşdə iştirak edəcək deputat Rövşən Rzayev deyib.
Azərbaycanlı deputatların Dağlıq Qarabağa səfəri planlaşdırılır

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanlı deputatların Dağlıq Qarabağa səfəri planlaşdırılır.

"Azərbaycan, Ermənistan və Rusiyadan olan deputatların Moskva görüşündə azərbaycanlı deputatların Dağlıq Qarabağa səfəri müzakirə ediləcək", - Trend -un məlumatına görə, bu barədə jurnalistlərə görüşdə iştirak edəcək deputat Rövşən Rzayev deyib.

Azərbaycan və Ermənistan deputatlarının görüşü oktyabrın 22-də Moskvada Dövlət Dumasının binasında keçiriləcək.

Görüş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Rzayev deyib ki, azərbaycanlı deputatların Dağlıq Qarabağa səfərinin reallaşması danışıqların nəticəsindən asılı olacaq.

"Dağlıq Qarabağa gedəcək deputatların tərkibi və vaxtı ilə bağlı Azərbaycan hakimiyyəti səviyyəsində qərar qəbul olunmalıdır", - Rzayev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti