...

Hər kəs Türkiyə-Azərbaycan qardaşlığına zərər vura biləcək davranışlardan çəkinməlidir - Abdullah Gül

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2009 15:08 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül hesab edir ki, Azərbaycan və Türkiyə aralarında mövcud olan qardaşlıq münasibətlərinə zərər vurmaq cəhdlərinə qarşı diqqətli olmalıdır. "Müxtəlif səbəblərdən - bilərəkdən, qəsdən və ya bilməyərəkdən bizim qardaşlıq münasibətlərimizə zərər vurmaq istəyənlər ola bilər. Bunlara qarşı biz hamımız diqqətli olmalıyıq", - deyə Gül bildirib. Prezidentin çıxışı cümə axşamı canlı yayımla CNN Türk kanalı ilə yayımlanıb.
Hər kəs Türkiyə-Azərbaycan qardaşlığına zərər vura biləcək davranışlardan çəkinməlidir - Abdullah Gül

Azərbaycan, Bakı, 22 oktyabr / Trend /

Türkiyə Prezidenti Abdullah Gül hesab edir ki, Azərbaycan və Türkiyə aralarında mövcud olan qardaşlıq münasibətlərinə zərər vurmaq cəhdlərinə qarşı diqqətli olmalıdır. "Müxtəlif səbəblərdən - bilərəkdən, qəsdən və ya bilməyərəkdən bizim qardaşlıq münasibətlərimizə zərər vurmaq istəyənlər ola bilər. Bunlara qarşı biz hamımız diqqətli olmalıyıq", - deyə Gül bildirib. Prezidentin çıxışı cümə axşamı canlı yayımla CNN Türk kanalı ilə yayımlanıb.

Türkiyənin dövlət başçısı qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi Azərbaycanın qədim torpağı olan Naxçıvanda prezidentlərin həm ikitərəfli, həm də çoxtərəfli görüşlərində də müzakirə olunub.

Gül hər kəsi bu məsələdə diqqətli olmağa dəvət edib. "Hər kəs bizim qardaşlığa zərər vura biləcək davranışlardan çəkinməlidir", - deyə Türkiyə Prezidenti bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti