...

Azərbaycan Ordusunun əsgəri erməni snayperinin gülləsindən həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2009 13:22 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin oktyabrın 23-də Azərbaycanın Ağdam rayonu istiqamətində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri həlak olub. Eldar İsmayılov erməni snayperinin atəş açması nəticəsində ölümcül yaralanıb. Bu barədə Trend News-un regional müxbiri məlumat verib.
Azərbaycan Ordusunun əsgəri erməni snayperinin gülləsindən həlak olub

Azərbaycan, Bərdə, 24 oktyabr / Trend , müxbir Ş.Cəliloğlu/

Ermənistan Silahlı Qüvvələrinin oktyabrın 23-də Azərbaycanın Ağdam rayonu istiqamətində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri həlak olub. Eldar İsmayılov erməni snayperinin atəş açması nəticəsində ölüb. Bu barədə Trend -un regional müxbiri məlumat verib.

19 yaşlı İsmayılov bu ilin aprelində Sumqayıt şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycanın Müdafiə Nazirliyində məlumat hələ təsdiqlənməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti