...

İsveçrə dialoqun qurulmasını münaqişələrin qarşısının alınmasında əsas alətlərdən biri kimi nəzərdən keçirir - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2009 14:43 (UTC +04:00)
İsveçrə hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi fikrinin tərəfdarı olub, bu barədə çərşənbə axşamı jurnalistlərə bu ölkənin Azərbaycandakı səfiri Alan Quidetti bildirib.
İsveçrə dialoqun qurulmasını münaqişələrin qarşısının alınmasında əsas alətlərdən biri kimi nəzərdən keçirir - səfir

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir T.Konyayeva /

İsveçrə hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi fikrinin tərəfdarı olub, bu barədə çərşənbə axşamı jurnalistlərə bu ölkənin Azərbaycandakı səfiri Alan Quidetti bildirib.

"İsveçrə dialoqun qurulmasını münaqişələrin qarşısının alınmasında əsas alətlərdən biri kimi nəzərdən keçirir", - Quidetti bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti