...

ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2009 11:09 (UTC +04:00)
ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Selest Uolander bu gün Bakıya səfər edəcək, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend News-a məlumat verilib.
ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

RED: ikinci abzasdan sonra təfərrüatlar əlavə olunub.

Azərbaycan, Bakı, 23 noyabr /TREND NEWS, müxbir M. Əliyev/

ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Selest Uolander bu gün Bakıya səfər edəcək, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend -a məlumat verilib.

Pentaqonun Avrasiyada təhlükəsizlik sahəsində əməkdaşlığa dair siyasəti üzrə məsul şəxs Uolander bu gün Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavininin köməkçisi Uolander təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək və əlaqələrin inkişaf etdirilməsi yollarını araşdıracaq.

"Əksəriyyəti müsəlman əhalisindən ibarət olan müasir və dünyəvi dövlət kimi tanınan Azərbaycan Respublikası zorakı ekstremizm təhlükəsinə qarşı mübarizədə əsas müttəfiq olmuşdur", - Uolander bildirib.

Onun sözlərinə görə, Azərbaycan Kosovo, İraq və Əfqanıstanda NATO və koalisiya səylərinə töhfələr verib. "Azərbaycan, həmçinin Əfqanıstan və İraqda birləşmiş və koalisiya qüvvələrinin yenidən təchiz olunması sahəsində göstərdiyimiz səylərə böyük töhfələr verir. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir", - Uolanderin bəyanatında bildirilib.

O, strateji tərəfdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən mühüm məsələləri və təklifləri müzakirə etmək məqsədilə Azərbaycan rəhbərliyi ilə görüşmək imkanı əldə edəcəyinə ümid etdiyini bildirib.

Uolander keçən yaydan ABŞ Müdafiə Nazirliyinin mərkəzi aparatında işə başlamışdır. Əvvəllər Corctaun Universitetində (2006-2008) professor, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (2001-2006) Rusiya və Avrasiya Proqramının direktoru və elmi işçisi, Vaşinqtonun Kolumbiya əyalətində Xarici Əlaqələr Şurasında baş elmi işçi və Harvard Universitetində (1989-2000) dövlət idarəçiliyi üzrə professor vəzifələrində çalışmışdır.

Xəbər lenti

Xəbər lenti