...

Türkiyə Baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vaşinqton tərəfindən ciddi addımlar atılmasını istəyəcəyinə inanırıq - nazir müavini Araz Əzimov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2009 11:45 (UTC +04:00)
Azərbaycan ilə Türkiyə tərəfdaşlığı nəticəsində əldə edilmiş nailiyyətlərin Türkiyənin Baş naziri tərəfindən ABŞ-da dəqiq formada çatdırılmasına ümid edirik, Trend News-un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Türkiyə Baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vaşinqton tərəfindən ciddi addımlar atılmasını istəyəcəyinə inanırıq - nazir müavini Araz Əzimov

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan ilə Türkiyə tərəfdaşlığı nəticəsində əldə edilmiş nailiyyətlərin Türkiyənin Baş naziri tərəfindən ABŞ-da dəqiq formada çatdırılmasına ümid edirik, Trend -un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

"İnanırıq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ səfərində regiondakı əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vaşinqton tərəfindən ciddi addımlar atılmasıni istəyəcək", - Əzimov deyib.

Trend -un arayışı:
Bu gün Ərdoğanın ABŞ-a səfəri başlayıb. Türkiyə Baş nazirinin ABŞ Prezidenti Obama ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Əzimov bildirib ki, Türkiyə 1991-ci ildən regionda əsas rollardan birini oynayır.

"Son zamanlar görünür ki, Türkiyə öz siyasətini davam etdirmək üçün yeni resurslardan istifadə etməyə çalışır. Lakin bu regionda son 18-20 il ərzində baş verənlər nəticəsində Azərbaycanın da mövqeləri möhkəmlənib. Azərbaycan regionda aparıcı ölkə, həm də Türkiyənin yaxın tərəfdaşı kimi inkişaf edir. Biz hesab edirik ki, Rəcəb Tayyib Ərdoğan Amerikada həm Türkiyənin, həm də Azərbaycanın milli maraqlarını nəzərə alacaq", - nazir müavini əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti