...

Azərbaycanda itkin düşmüş şəxslər barəsində əlavə məlumatlar toplanılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2009 17:36 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) çərşənbə axşamı Trend News-a verilən məlumata görə, BQXK, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Azərbaycan hökumətinin birgə milli proqramının ikinci mərhələsi başlayıb.
Azərbaycanda itkin düşmüş şəxslər barəsində əlavə məlumatlar toplanılır

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslər barəsində məlumatlar dəqiqləşdirilir.

Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) çərşənbə axşamı Trend -a verilən məlumata görə, BQXK, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Azərbaycan hökumətinin birgə milli proqramının ikinci mərhələsi başlayıb.

Mərhələ çərçivəsində dekabrın 1-dən 11-dək keçirilən treninq seminarında iştirak edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 38 nəfər könüllüsü itkin düşmüşlər barəsində məlumat toplayırlar. Onlar respublikanın 35 şəhər və rayonunda itkin düşmüş şəxslərin ailələrinə baş çəkir və onların qohumlarının hansı şəraitdə yoxa çıxmaları və itkin düşmüş şəxslərin zahiri görünüşləri barədə geniş məlumat toplayırlar.

Azərbaycanın 21 şəhər və rayonunda artıq 2000-dən çox sorğu anketi toplanılıb.

Məlumatlar itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsinə kömək etmək üçün bu məlumatları mərkəzləşdirilmiş qaydada idarə edəcək dövlət orqanına təhvil veriləcək. İtkin düşmüş şəxslər barəsində məlumatlar Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki 012 493 16 38 nömrəli qaynar xətt vasitəsilə də çatdırıla bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti