...

Azərbaycanın Tərtər rayonunda dinc sakin minaya düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2009 18:43 (UTC +04:00)
Çərşənbə günü Azərbaycanın Tərtər rayonunda qoşunların təmas xəttində 71 yaşlı Əsədov Sabir mal-qara otararkən minaya düşüb. Bu barədə Tərtər rayonunun Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev Trend News-a bildirib.
Azərbaycanın Tərtər rayonunda dinc sakin minaya düşüb

Azərbaycan, Bərdə, 23 dekabr / Trend , müxbir Ş. Cəliloğlu/

Çərşənbə günü Azərbaycanın Tərtər rayonunda qoşunların təmas xəttində 71 yaşlı Əsədov Sabir mal-qara otararkən minaya düşüb. Bu barədə Tərtər rayonunun Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev Trend -a bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti