...

Türkiyənin Baş naziri Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2010 11:42 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarda Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamağa çağırıb.
Türkiyənin Baş naziri Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamağa çağırıb

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarda Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamağa çağırıb. Məlumatı TRT yayıb.

Putin öz növbəsində, bu münaqişəyə hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti