...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2010 09:50 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 24-də saat 09.15-dən 09.25-dək, 16.30-dan 16.45-dək, 22.00-dan 22.05-dək Ağdam rayonunun Yusifcanlı, Cəvahirli və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 24-də saat 09.15-dən 09.25-dək, 16.30-dan 16.45-dək, 22.00-dan 22.05-dək Ağdam  rayonunun Yusifcanlı, Cəvahirli və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 13.40-dan 13.49-dək, 13.50-dən 14.00-dək, 15.50-dən 16.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Tapqaraqoyunlu və Gülüstan kəndiləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.25-dən 19.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22.50-dən 23.00-dək, 23.40-dan 23.55-dək, yanvarın 25-də saat 00.45-dən 01.00-dək, 01.40-dan 02.00-dək və 02.00-dan 02.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti