...

Azərbaycan Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərən "Prescient Worldwide" şirkətinə etiraz məktubu göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2010 17:52 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq göstərişi əsasında, "Prescient Worldwide" telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi ilə əlaqədar olaraq Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilib.
Azərbaycan Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərən "Prescient Worldwide" şirkətinə etiraz məktubu göndərib

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq göstərişi əsasında, "Prescient Worldwide" telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi ilə əlaqədar olaraq Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilib. Trend -un məlumatına görə, məlumatı XİN-in mətbuat xidməti məlumat yayıb.

Etiraz məktubunda həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib.

Cavab məktubunda Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə belə səhvlərin təkrarlanmayacağını bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti