...

ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2010 11:34 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 23-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində,Ağdam rayonu Təzəkənd kəndindən cənub istiqamətində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir M.Əliyev/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 23-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində,Ağdam rayonu Təzəkənd kəndindən cənub istiqamətində  monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik və onun səhra köməkçiləri Piter Ki və Vladimir Çontulov aparacaqlar.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Jaslan Nartuzin və İrce Aberle keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti