...

Azərbaycanın "İrəli" İctimai Birliyi Avropa şəhərlərində Xocalı soyqırımının 18-ci il dönümünə həsr edilmiş aksiyalar keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2010 16:45 (UTC +04:00)
Azərbaycanın "İrəli" İctimai Birliyi bir neçə Avropa şəhərində Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş aksiyalar və tədbirlər keçirəcək.
Azərbaycanın "İrəli" İctimai Birliyi Avropa şəhərlərində Xocalı soyqırımının 18-ci il dönümünə həsr edilmiş aksiyalar keçirəcək

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın "İrəli" İctimai Birliyi bir neçə Avropa şəhərində Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş aksiyalar və tədbirlər keçirəcək. Bu barədə İctimai Birliyin məlumatında deyilir.

Tədbirlər Niderland, Böyük Biritaniya, Fransa, Almaniya, Ukrayna, Litva və Latviyada təşkil olunacaq.

Fevralın 26-da Niderlandda Rotterdam bələdiyyə binasının qarşısında nümayiş təşkil olunacaq. Həmin gün Londonda təxminən 200 nəfər müxtəlif şüarlarla irimiqyaslı etiraz aksiyalarına başlayacaq, həmçinin Almaniyanın Leypsiq və Kassel şəhərlərinin universitetlərində Xocalı soyqırımı mövzusunda konfrans təşkil olunacaq.

Həmçinin Latviyada "İrəli"nin gənc üzvləri avtobus turu təşkil ediləcək, tur zamanı faciəvi hadisələrin şəkilləri nümayiş etdiriləcək. Litvada isə yürüşlər, seminarlar təşkil ediləcək.

Ukraynada Xocalı soyqırımı haqqında ictimayyətin marifləndirilməsi üzrə beynəlxalq konfrans fevralın 20-də başlayıb.

Keçiriləcək tədbirlər zamanı aksiya iştirakçıları xüsusi kostüm geyəcək, həmçinin poster və təbliğatçılıq materiallardan istifadə ediləcək.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti