...

Azərbaycanın müxalifət partiyası Türkiyə ilə hərbi əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2010 17:15 (UTC +04:00)
"Türkiyənin Azərbaycanla hərbi əlaqələri olmasına görə Dağlıq Qarabağ məsələsində vasitəçi ola bilməməsi barədə Ermənistanın bəyanatı tamamilə yersizdir", - Trend News-un məlumatına görə, Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısında bildirilib.
Azərbaycanın müxalifət partiyası Türkiyə ilə hərbi əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası Türkiyə ilə hərbi əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.

"Türkiyənin Azərbaycanla hərbi əlaqələri olmasına görə Dağlıq Qarabağ məsələsində vasitəçi ola bilməməsi barədə Ermənistanın bəyanatı tamamilə yersizdir", - Trend -un məlumatına görə, Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısında bildirilib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Toplantıda qeyd edilib ki, Ermənistan münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən Rusiya və Fransa ilə hərbi əməkdaşlıq edir.

"Bu səbəbdən də Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığını daha da gücləndirməlidir və onun ATƏT-in Minsk qrupunda vasitəçi kimi yer alması istiqamətində səylərini davam etdirməlidir", - müxalifət partiyası belə hesab edir.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti