...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri üç istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2010 10:37 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri üç istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri üç istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 10 mart / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 9-da saat 20:15-dən 20:20-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 20:00-dan 20:40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 20:40-dan 20:55-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti