...

Azərbaycan, Rusiya və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2010 18:23 (UTC +04:00)

Sergey Lavrov Rusiya rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin dinc siyasi yolla nizamlanmasına fəal yardım göstərmək əzmində olduğunu bildirib. Bu barədə Rusiya XİN-dən RF xarici işlər nazirinin Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşünün yekunları ilə bağlı bildirilib - İTAR-TASS yazır.

"Martın 25 və 26-da RF XİN rəhbəri Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşü olub", - RF XİN-dən bildirilib. - "İkitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, prezidentlər Dmitri Medvedev, İlham Əliyev və Serj Sarqsyanın görüşündə müzakirə kontekstində Dağlıq Qarabağ mövzusu da müzakirə olunub".

"RF XİN rəhbəri həmkarları ilə görüşündə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səyləri məcrasında Rusiya rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin alternativsiz, dinc siyasi yolla nizamlanmasına fəal yardım göstərmək əzmində olduğunu bildirib", - Rusiya xarici siyasət idarəsindən qeyd olunur. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2 noyabr 2008-ci il tarixli Moskva Bəyannaməsinə uyğun surətdə dinc nizamlanmaya nail olunmasına sadiqliklərini təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti