...

Ermənistan-Azərbaycan münaqişəsi nizamlanmayınca, erməni-türk münasibətlərinin normallaşması prosesi çətinliklərə məruz qalacaq - Ərdoğan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2010 10:25 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında problem həll olunmayınca, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi, şübhəsiz ki, çətinliklərə məruz qalacaq.
Ermənistan-Azərbaycan münaqişəsi nizamlanmayınca, erməni-türk münasibətlərinin normallaşması prosesi çətinliklərə məruz qalacaq - Ərdoğan

Azərbaycan və Ermənistan arasında problem həll olunmayınca, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi, şübhəsiz ki, çətinliklərə məruz qalacaq. Bu barədə cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan televiziya ilə müraciətində bildirib. Məlumatı CNN Turk yayıb.

Ərdoğanın sözlərinə görə, Vaşinqtonda Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyənin gözləntiləri və bu problemin həlli üçün ölkəsinin atacağı addımlar barədə ətraflı danışıb.

"Bu, bizim üçün çox vacib idi", - Türkiyənin Baş naziri qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti