...

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov vəzifəsini rəsmi olaraq İqor Popova təhvil verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2010 01:07 (UTC +04:00)
Çərşənbə günü Vyanada ATƏT-in Minsk qrupunun növbəti rüblük görüşü keçirilib. Görüş mətbuata bağlı olub.
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov vəzifəsini rəsmi olaraq İqor Popova təhvil verib

Avstriya, Vyana, 5 may /Trend, müxbir A.Ələsgərov/

Çərşənbə günü Vyanada ATƏT-in Minsk qrupunun növbəti rüblük görüşü keçirilib. Görüş mətbuata bağlı olub.

Brifinqdə qrupun sədrləri həmsədr ölkələrin nümayəndələrini Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi və atılacaq addımlar barədə məlumatlandırıblar.

Vyanadakı görüşü zamanı ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov vəzifəsini rəsmi olaraq İqor Popova təhvil verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti