...

Türkiyə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində iştirak edə bilər – Baş nazir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2010 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.Tarıverdiyeva/

Əgər ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə bundan sonra da uğurlu istiqamətdə fəaliyyət göstərərsə, o zaman Türkiyə də danışıqlar prosesində iştirak etmək məsələsinə baxa bilər. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada Rusiya Prezidenti Dmitri Medvedevlə birgə mətbuat konfransında bəyan edib. Məlumatı "Rusiya-24" telekanalı yayıb.

"Bizim vəzifəmiz Azərbaycan və Ermənistanı münaqişənin dinc yolla həllinə başlanması hesab edilə bilən nə isə bir nöqtəyə yaxınlaşdırmaqdır. Biz öz tərəfimizdən bu prosesin davam etdirilməsi üçün hər cür yardım göstərəcəyik", - nazir deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti