...

Ermənistan AŞ PA-nın Dağlıq Qarabağ üzrə komissiyasının yaradılmasına qəti etiraz edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2010 18:03 (UTC +04:00)
Ermənistan nümayəndə heyəti AŞ PA-nın Dağlıq Qarabağ üzrə mümkün komissiyasının yaradılması ilə bağlı bəyanat hazırlayır.
Ermənistan AŞ PA-nın Dağlıq Qarabağ üzrə komissiyasının yaradılmasına qəti etiraz edir

Ermənistan nümayəndə heyəti AŞ PA-nın Dağlıq Qarabağ üzrə mümkün komissiyasının yaradılması ilə bağlı bəyanat hazırlayır. Məlumatı Mediamaks agentliyi yayıb.

"Biz bu qərarın qəti əleyhinəyik, çünki bu məsələdə Avropa Şurasının görəcəyi iş yoxdur və ATƏT-in Minsk qrupuna paralel strukturun yaradılmasına ehtiyac yoxdur", - Mediamaks-a müsahibəsində Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Armen Rustamyan deyib.

Rustamyan onu da qeyd edib ki, erməni nümayəndə heyətinin üzvləri AŞ PA-nın iclasında çıxış etmək üçün qeydiyyatdan keçiblər. Orada Azərbaycanın üzərinə götrüdüyü öhdəliklər müzakirə ediləcək.

"Mən iclasda Azərbaycanın Dağlıq Qarabağla sərhəddə törətdiyi təxribat məsələsini qaldırmaq fikrindəyəm. Təxribat nəticəsində bir neçə erməni hərbi qulluqçusu həlak olub", - Rustamyan qeyd edib.

Xəbər lenti

Xəbər lenti