...

Pakistan Ermənistanın işğal etdiyi torpaqların qaytarılmasında Azərbaycanı dəstəkləyir - baş nazir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2010 02:42 (UTC +04:00)
Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub və Dağlıq Qarabağ məsələsində həm də Ermənistanın işğal etdiyi digər Azərbaycan ərazilərinin qaytarılmasında Azərbaycanı davamlı olaraq dəstəkləyir.
Pakistan Ermənistanın işğal etdiyi torpaqların qaytarılmasında Azərbaycanı dəstəkləyir - baş nazir (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir R.Daraxşan/

Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub və Dağlıq Qarabağ məsələsində həm də Ermənistanın işğal etdiyi digər Azərbaycan ərazilərinin qaytarılmasında  Azərbaycanı davamlı olaraq dəstəkləyir. Bunu cümə günü vəzifəsini tərk edən Azərbaycanın səfiri Eynulla Mədətli ilə görüşündə Pakistan baş naziri Yusuf Rza Gilani bildirib. Məlumatı Pakistanın rəsmi APP informasiya agentliyi yayıb.

Gilani qeyd edib ki, Pakistan Azərbaycanla ümumi tarixi, mədəni və dini reallıqlara əsaslanan münasibətlərini daha da möhkəmləndirməyə cəhd edir.

Gilani həmçinin Kəşmir məsələsində Azərbaycanın daimi göstərdiyi dəstəyi və ölkənin İslam Konfransı Təşkilatının (İKT) Təmas qrupunda Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasını dəstəkləməsini də yüksək qiymətləndirib.

Pakistanın baş naziri Azad Cammu və Kəşmirin zəlzələdən zərər çəkmiş bölgəsində Azərbaycan səfirlik kompleksi və qızlar üçün orta məktəbin tikilməsinə Azərbaycanın verdiyi töhfəsini də yüksək qiymətləndirib.

Eynulla Mədətli Pakistanın baş nazirinə Azərbaycan Prezidentinin xoş arzularını çatdırıb.

Mədətlinin sözlərinə görə, Pakistan onun üçün ikinci evə çevrilib.

Səfir öz vəzifəsində olduğu müddətdə ikitərəfli münasibətlərdə baş vermiş tərəqqidən məmnun olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti