...

Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2010 10:42 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 5-də saat 11:15-dən 11:35-dək Xocavənd rayonunun adsız yüksəkliklərdəki mövqelərdən; saat 07:25-dən 08:15-dək, saat 19:00-dan 19:25-dək, saat 20:45-dən 21:25-dək, 03:45-dən 04:15-dək; sentyabrın 6-da saat 00:40-dan 01:15-dək, 00:45-dən 00:55-dək, 01:00-dan 01:20-dək, 04:10-dan 04:30-dək Çilyabyurd, Göyarx, Seysulan, Qızıloba və Tərtər rayonunun adsız yüksəkliklərindəki mövqelərdən; sentyabrın 5-də saat 13:00-dan 13:15-dək və sentyabrın 6-da saat 02:35-dən 02:55-dək Daşkəsən rayonu ərazisindəki adsız yüksəkliklərdən; sentyabrın 5-də saat 22:50-dan 23:05-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığındakı mövqelərdən; sentyabrın 5-də saat 14:30-dan 15:00-dək Tapqaraqoyunlu kəndi yaxınlığındakı mövqelərdən və sentyabrın 6-da saat 03:30-dan 04:.00-dək Goranboy rayonu ərazisindəki adsız mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti