Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M. Əliyev/
Ermənistan silahlı qüvvələri sentyabrın 15-də bir neçə istiqamətdə atəşkəsi pozub.
Müdafiə Nazirliyi mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 15-də saat 21:15-dən 21:30-dək Ermənistan Respublikası Noyenberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Bundan öncə isə həmin gün saat 14:50-dən 15:00-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 17:45-dən 17:55-dək Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 19:30-dan 19:40-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.