...

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir – Prezident İslam Kərimov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2010 20:33 (UTC +04:00)
Özbəkistanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu barədə bazar ertəsi Daşkənddə danışıqların yekunları üzrəbrifinqdə Özbəkistan Prezidenti İslam Kərimov bildirib.
Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir – Prezident İslam Kərimov

Özbəkistan, Daşkənd, 27 sentyabr /Trend, müxbir D.Əzizov/

Özbəkistanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu barədə bazar ertəsi Daşkənddə danışıqların yekunları üzrə brifinqdə Özbəkistan Prezidenti İslam Kərimov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev İslam Kərimovun dəvəti ilə Özbəkistanda ikigünlük rəsmi səfərdədir.

"Özbəkistanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi qəti və dəyişməz olaraq qalır. Özbəkistan bu çoxillik münaqişənin sülh və siyasi yolla həlli üçün çıxış edib və çıxış etməkdə davam edir. Bununla yanaşı, nizamlanmanın başlıca şərti kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsini hesab edir", - Özbəkistan Prezidenti qeyd edib.

Kərimov qeyd edib ki, bu mövqe beynəlxalq norma və tarixi münasibətlərə cavab verir.

"Bu məsələ ilə bağlı kimin hansı dəlillər gətirməsindən asılı olamayaraq, mən onlarda inandırıcı bir şey görmürəm və bu problemlə bağlı Azərbaycanın tam əsaslı, anlaşılan şərtlərini qəbul etməyənlərlə razılaşa bilmirəm", - Özbəkistan rəhbəri vurğulayıb.

Onun fikrincə, Azərbaycanın təklif etdiyi həm Ermənistanın, həm də Azərbaycanın maraqlarına cavab verir.

Bununla yanaşı o qeyd edib ki, Qafqazda heç kəs hərbi əməliyyatların bərpa edilməsində, bu münaqişənin mövcud olmasında və "bu problemi saxlamaq istəyən qüvvələri doyuzdurmaqda" davam etməkdə maraqlı deyil.

Özbəkistan Prezidenti məlumat verib ki, Azərbaycan lideri ilə aparılan danışıqlar zamanı tərəflər Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

"Biz ümumi fikir bildirdik ki, Azərbaycan və Özbəkistan əhəmiyyətli ümumi qəbul edilən mədəni və dini potensiala malik olmaqla, maarfləndirici islami dəyərlərin qorunmasında müstəsna olaraq müsbət rol oynaya bilərlər", - Prezident Kərimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti