...

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2010 04:09 (UTC +04:00)

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard NalbandyanSerqey Lavrov Moskvada Dağlığ Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə ediblər. Bu barədə RİA Novosti agentliyinin bildirdiyinə görə şənbə günü Rusiya xarici işlər nazirliyi məlumat yayıb.

"Bu ilin oktyabrın 27-də Həştərxanda keçirilən üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmalara əsasən gündəlikdə Dağlığ Qarabağ münaqişəsinin tənzimlənməsinin aktual məsələləri olub", - məlumatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti