...

BQXK nümayəndələri Ermənistanda əsirlikdə olan azərbaycanlı hərbçilərə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2010 10:42 (UTC +04:00)
BQXK-nın Bakı ofisindən bazar ertəsi Trend-ə verilən məlumata görə, noyabrın 18-də keçirilən baş çəkmə zamanı qurumun nümayəndələri əsirlikdə olan Roman Hüseynov və Anar Hacıyevin saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar.
BQXK nümayəndələri Ermənistanda əsirlikdə olan azərbaycanlı hərbçilərə baş çəkiblər

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda əsirlikdə olan azərbaycanlı hərbçilərə baş çəkiblər.

BQXK-nın Bakı ofisindən bazar ertəsi Trend-ə verilən məlumata görə, noyabrın 18-də keçirilən baş çəkmə zamanı qurumun nümayəndələri əsirlikdə olan Roman Hüseynov və Anar Hacıyevin saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar.

Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Azərbaycanda isə 11 nəfər Ermənistan vətəndaşı əsir və gorivluqda saxlanılır.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər".

Xəbər lenti

Xəbər lenti