...

Ermənilər Dağlıq Qarabağdakı aeroportu Azərbaycan xalqı üçün tikir - Bayram Səfərov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2010 10:53 (UTC +04:00)
Ermənilər Dağlıq Qarabağdakı aeroportu Azərbaycan, Azərbaycan xalqı üçün tikir.
Ermənilər Dağlıq Qarabağdakı aeroportu Azərbaycan xalqı üçün tikir - Bayram Səfərov

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/

Ermənilər Dağlıq Qarabağdakı aeroportu Azərbaycan, Azərbaycan xalqı üçün tikir. Bunu çərşənbə axşamı jurnalistlərə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirib.

"Bütün dünya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Biz də onlara çox şeylər tikmişik - istifadə edirlər. Ermənistan bizim aeroportlarımıza uyğun aeroport tikə bilməz və öz torpaqlarımıza qayıdıb aeroportun qalan çatışmazlıqlarını bir daha düzəldəcəyik", - "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Səfərov deyib.

Ermənistan KİV-i xəbər verir ki, Xankəndidə tikilən aeroport 2011-ci ilin mayında istifadəyə veriləcək. Onun sərnişin terminalının infrastrukturu artıq hazırdır.

Ermənistan KİV-i yazır ki, aeroportun tikintisində istifadə olunan avadanlıqlar müxtəlif ölkələrdən sifariş edilib və artıq lazımi ünvana çatdırılıb. Separatçılar iddia edirlər ki, aeroport hazır olduqdan sonra ilk olaraq Yerevan-Xankəndi-Yerevan reysləri həyata keçiriləcək. Sonradan "reyslərin genişləndirilməsi" nəzərdə tutulub.

Aeroportda beynəlxalq uçuşlar aparılacağı ilə bağlı ermənilərin iddiasına cavab verərək, İcma sədri deyib ki, orada beynəlxalq aeroport tikilməsi üçün ərazi yoxdu.

"Biz orada yaşamışıq, bilirik ki, ora dağarası ərazidir, həm də iqlim şəraiti aeroport tikməyə imkan vermir", - Səfərov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti